Avqustun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Oğuz Rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Oğuz rayonunda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Gənclər və İdman sektorunun müdiri Şaiq Rüstəmov, gənclər və yeniyetmələr iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizmin fəsadları barədə fikirlər səsləndirilib, belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Həmçinin məktəblilərin milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşması, zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi qeyd edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.