Oğuzda “Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizə” mövzusunda  tədbir  keçirilib
25 oktyabr 2024, 08:13

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki reginal bölməsi və Oğuz Rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizə” mövzusunda  tədbir  keçirilib.

Tədbirdə DQİDK-nın Şəki reginal bölməsinin əməkdaşı Samir Salehov, kitabxananın əməkdaşları və məktəblilər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolundan bəhs olunub. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.