Oğuzda “Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliklərimiz” mövzusunda tədbir keçirilib
11 noyabr 2022, 08:01

Noyabrın 11-də Oğuz rayonunda  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsi, Oğuz rayonu Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Uşaq Hüquqları aylığı çərçivəsində “Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliklərimiz” mövzusunda  tədbir  keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Samir Salehov, Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Kəmalə Cəfərova, Oğuz rayonu Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aytən Daşdəmirova və məktəblilər iştirak ediblər.

Çıxışlar zamanı  bu kimi maarifləndirici tədbirlərin zəruriliyi qeyd edilib və  ölkəmizdə uşaqların  hüquqlarının qorunduğu, bu sahədə mühüm işlər görüldüyü diqqətə çatdırılıb, elmə, təhsilə böyük qayğının olduğu, məktəblilərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçun şəraitin yaradıldığı vurğulanıb.

Həmçinin, uşaqların  pis  vərdişlərdən uzaq durmaları üçün təlim və tərbiyənin önəmli rol oynaması, gəncliyimizin mənəvi dəyərlərinin formalaşdırılmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlara göstərdiyi diqqət  və qayğıdan geniş şəkildə söz açılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.