Oğuzda maarifləndirmə tədbiri keçirilib
28 oktyabr 2025, 15:56
Oktyabrın 23-də Dini Qurumlarla Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə Oğuz şəhəri N.İbrahimli adına 3 saylı məktəb-liseydə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Samir Salehov, İcra Hakimiyyətinin əməkdaşı Nicat Kərimov, Rayon Gənclər və İdman sektorunun məsləhətçisi Vüsal Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasının önəmi, milli-mənəvi dəyərlərin qorunması və nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.