Oğuzda maarifləndirmə tədbiri keçirilib
06 mart 2025, 01:57
Martın 5-də Oğuz rayonu Şirvanlı kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsi və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərin fiziki, mənəvi və sosial fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin əməkdaşı Samir Salehov, müəllimlər və şagirdlər iştirakı ediblər.
Çıxışlarda maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışılıb. Gənc nəslin vətənpərvər ruhda formalaşmasında mənəvi dəyərlərin əhəmiyyətindən bəhs olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.