Oğuzda dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub
05 avqust 2025, 08:28

 

Avqustun 5-də Oğuz rayonunda Dövlət Komitəsinin Şəki regional bölməsinin və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Dövlət Komitəsinin Şəki regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin İsmayılov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti, gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.