Oğuzda din xadimlərinin hesabatı dinlənilib
01 fevral 2024, 06:23
Fevralın 1-də Oğuz şəhər “Cümə” məscidində “2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, QMİ-nin bölgə qazısı Kamran Məmmədov, məscidin imamı Şövkət Cəlilov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Din xadimlərinin, eləcə də dini icma sədrlərinin 2023-cü ilin yekunlarına dair hesabatı dinlənilib. Cari ildə görüləcək işlərlə bağlı din xadimlərinə və dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Tədbir müzakirələrlə davam edib.