Neftçalada “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusu müzakirə olunub
23 sentyabr 2021, 08:30

Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda videokonfrans keçirilib. 

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları, din xadimləri, qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər. Çıxışlarda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və ölkəmizin tam qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti və nəticələri uzun illər təhlil ediləcək. Bildirilib ki, bu qələbənin şərəfinə dastanlar, romanlar və elmi əsərlər yazılacaq.

O da vurğulanıb ki, Azərbaycan xalqının birliyi sayəsində ölkəmiz Zəfər qazandı.