Neftçalada "Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusu müzakirə olunub
23 dekabr 2021, 04:03

Dekabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda videokonfrans keçirilib.

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları, Neftçala rayonunun din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb və uşaqlara mənəvi dəyərlərin aşılanmasından bəhs edilib. Daha sonra şəhid və qazilərin göstərdikləri şücaətin gənc nəsillərə aşılanmasının vacibliyi vurğulanıb. Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin zəruriliyi bildirilib.

Sonda mövzu ilə bağlı tədbir iştirakçıları fikirlərini bölüşüblər.