Mayın 7-də Neftçala rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan-Salyan regional bölməsinin və Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası və dövlətimizin din siyasəti” mövzusunda tədbir təşkil edilib.
DQİDK-nın Şirvan-Salyan regional bölməsinin müdiri Sənan Xəlilov, Neftçala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, Qafqaz Müsəlmanlar İdarəsinin Salyan bölgəsi üzrə qazısı Hüsni Həsənov, Neftçala şəhər “Sahib-Əzzaman” məscidinin imamı Qorxmaz Paşayev, qadın dini ayinlərin icraçısı Elmira Abbasova, şəhid valideynləri, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər azərbaycançılıq ideologiyasının dövlətçilik və milli birliyin möhkəmlənməsindəki rolunu vurğulayıblar. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində müəyyənləşdirdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət nəticəsində Azərbaycan dünyada dinlərarası dialoqun və tolerantlığın nümunəvi ünvanı kimi tanınır.
Sonda “Heydər Əliyev və din sayisəti” adlı film nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.