Naxçıvanda “Yaşıl gələcək naminə” aksiyası keçirilib
20 sentyabr 2024, 10:36

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyası Naxçıvan Muxtar Respublikasında davam etdirilib. Belə ki, layihə çərçivəsində sentyabrın 20-də Naxçıvan şəhəri, Culfa, Kəngərli, Ordubad, Şahbuz, Sədərək və Şərur rayonları ərazisində yerləşən dini ibadət yerlərinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib.

Aksiyada din xadimləri, dini icma üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyan aksiya müxtəlif bölgələri əhatə edir.