Naftalanda "Narkomaniyaya qarşı mübarizə" mövzusu müzakirə olunub
05 iyul 2022, 06:24

İyulun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Naftalan şəhər musiqi məktəbində "Narkomaniyaya qarşı mübarizə" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, musiqi məktəbinin direktoru Almaz Əliyeva, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd olunub, narkomaniyaya qarşı mübarizə istiqamətində görülən işlərdən danışılıb, bu sahədə cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyət düşdüyü qeyd olunub.