Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Naftalan Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Naftalanda "Milli-mənəvi dəyərlərin təbliğində gənc nəslin rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, Gənclər və İdman sektorunun baş məsləhətçisi İsa İsayev və gənclər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Eyni zamanda natiqlər milli-mənəvi dəyərlərin təbliğində gənc nəslin rolundan danışıblar.
Tədbir müzakirələrlə davam edib.