Naftalanda “Heydər Əliyev və Azərbaycan dövlətinin tərəqqisi” mövzusunda tədbir keçirilib
25 avqust 2023, 06:38

Avqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Naftalan Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dövlətinin tərəqqisi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, ŞİH-in məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, bir sıra idarə, müəssisə, təşkilat rəhbərləri və gənclər iştirak ediblər.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi və çoxşaxəli fəaliyyətindən bəhs ediblər. Bildirilib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın tərəqqisi üçün geniş imkanlar yaradıb, ölkəmiz müasir, inkişaf etmiş ölkəyə çevrilib.