Naftalanda “Dini radikalizm və narkomaniya ilə mübarizə” mövzusu müzakirə olunub
11 mart 2022, 07:38

Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Naftalan şəhər 2 saylı orta məktəbdə “Dini radikalizm və narkomaniya ilə mübarizə” adlı tədbir təşkil edilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Kamal Ələkbərov, Naftalan ŞPŞ-nin inspektru, polis kapitanı Baxış Həsənəliyev, ŞİH-in baş məsləhətçisi Afət Mustafayeva, dini qurumlarla işin təşkilatçısı Ülfət Əliyev və məktəbin şagirdləri iştirak ediblər.

Dini radikalizmin mahiyyəti, yaratdığı fəsadlar və narkomaniyaya qarşı mübarizənin vacibliyinin müzakirə edildiyi   tədbir  iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.