Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanda silsilə tədbirlər keçirilib
20 oktyabr 2025, 16:10

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələri, yerli icra hakimiyyətləri və müvafiq qurumların birgə təşkilatçılığı ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Bakıda və bölgələrdə müxtəlif maarifləndirici tədbirlər təşkil edilib.

Zərdab:
Zərdab Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov, Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, yerli dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.

Şabran:
Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Elxan Əsgərov, Şabran şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri tədbirdə iştirak ediblər.

Sabunçu (Bakı):
Sabunçu rayonunda “Müstəqilliyimizin bərpası, milli birlik və vətənpərvərlik” mövzusunda tədbir keçirilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları – Nuru İmanov və Rəşadət Hidayətov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nizami (Bakı):
Bakı Dövlət Peşə Təhsili Mərkəzində baş tutan tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəhmən Hüseynov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Fərid Novruzov və Rəşadət Hidayətov, həmçinin mərkəzin müəllim və şagirdləri iştirak ediblər.

Tərtər:
Oktyabrın 16-da Tərtər rayonunda “18 oktyabr – Müstəqilliyin bərpası günü” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin aparıcı məsləhətçisi İsmət Rəhimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hacıqabul:
Hacıqabul rayonu Cavad Cavadov adına Atbulaq kənd tam orta məktəbində “Müstəqilliyin bərpası və milli həmrəylik” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şirvan-Salyan regional bölməsinin əməkdaşı Sadiq Məmmədov, müəllimlər və məktəblilər iştirak ediblər.

Astara:
Astara şəhər 5 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları – Səyyad Babakişiyev və Famil Talıbov, Rayon Təhsil Sektorunun müdiri Xədicə Əliyeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Ucar:
Ucar rayonunda “Müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidir” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, yerli qurumların nümayəndələri və gənclər iştirak ediblər.

Masallı:
Masallı rayonunda keçirilən tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşları Cavidan Rəşidov və Həsən Humbətov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Salamat Nəcəfov, eləcə də ADPU-nun Cəlilabad filialının müəllim və tələbələri iştirak ediblər.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağda qazandığı tarixi zəfərdən bəhs olunub. Vurğulanıb ki, bu qələbə ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün təminatıdır. Dövlətimizin əldə etdiyi uğurlar milli birlik və vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edir. Müstəqilliyimizin qorunması və inkişafı hər bir vətəndaşın müqəddəs borcudur. Bildirilib ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi gələcəyimizin təminatıdır. Qarabağ zəfəri Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb. Hər birimizin üzərinə düşən vəzifə ölkəmizin inkişafına sadiq qalmaq və müstəqilliyimizi daim qorumaqdır.