“Müqəddəs Mixeyil” gürcü-pravoslav kilsəsi
15 aprel 2026, 12:37

Qax rayonunun Meşəbaş kəndində yerləşən kilsənin sahəsi 0,03 hektardır. 1892-1894-cü illərdə Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti tərəfindən maliyyələşdirilərək tikilmişdir. 1992-1993-cü illərdə yenidən təmir olunmuşdur. Kilsə Mədəniyyət Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur. 

Ünvan: Qax rayonu, Meşəbaş kəndi