“Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə edilib
14 oktyabr 2021, 08:03

Oktyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda onlayn formatda seminar keçirilib. 

Seminarda DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı  Elvin İbrahimov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, həmçinin  Saatlı, İmişli, Sabirabad və Beyləqan  rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.  

Çıxışlar zamanı qloballaşan dünyada baş verən etnik-dini münaqişələrin, dini radikalizm və ekstremizmin beynəlxalq sülh və təhlükəsizlik, həmçinin tolerantlıq üçün ciddi maneə olduğu qeyd edilib. Daha sonra  natiqlər ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını vurğulayaraq multikulturalizmin xalqımızın həyat tərzini təşkil etdiyi bildiriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.