Müdafiə Nazirliyi və DQİDK-nın birgə təşkilatçılığı ilə tədbirlər keçirilib
22 may 2023, 03:13

Bakıda və Kürdəmirdə dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub.

Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanan Tədbirlər Planına əsasən Hərbi Polis İdarəsində “Dini radikalizm və ekstremizə qarşı səmərəli mübarizənin təşkili” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Rəşadət Hidayətov və Nuru İmanov, Hərbi Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.

                                                                                ***                        ***                         ***                    

Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə "Dini ekstermizm və ayrı-seçkilik çağırışlarının qarşısının alınması, milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi" mövzusunda baş tutan tədbirə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Seyfəli Umarov, eləcə də hərbi hissənin zabit və əsgər heyəti iştirak ediblər.

 

Çıxış edən natiqlər qeyd olunan mövzular barədə ətraflı məlumat veriblər. Dini radikalizm və ekstremizə qarşı mübarizənin əsasən hüquqi, ideoloji istiqamətlərdə səmərəli aparılması üçün müvafiq qurumların səylərinin birləşdirilməsinin və fəaliyyətinin əlaqələndirilməsinin əhəmiyyətini vurğulayıblar.