Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş “Müasir dövrdə gənclər arasında radikalizm və ekstremizm meyilləri” mövzusunda tədbirlər keçirilib.
Göygöl və Tovuz Gənclər Evlərində baş tutan tədbirlərdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, nazirliyin digər əməkdaşları, Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov və bölgə gəncləri iştirak ediblər.
Çıxış edənlər gənclərin sağlam dini dünyagörüşünün formalaşdırılmasının vacibliyini vurğulayıb, radikalizm və ekstremizmin cəmiyyət üçün yaratdığı təhlükələrdən danışıblar. Bildirilib ki, belə tədbirlər maarifləndirmə və gənclərin düzgün istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi apararaq gənclərin suallarını cavablandırıblar. Gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsi planlaşdırılır.