Mingəçevirdə “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda konfrans keçiriləcək
09 dekabr 2024, 01:57
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dekabrın 10-da Mingəçevir şəhərində “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda konfrans keçiriləcək.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, hüquq mühafizə orqanlarının əməkdaşları, həmçinin din xadimləri, dini icma sədrləri iştirak edəcəklər.
Tədbirdə dövlət-din münasibətlərinin tənzimlənməsi, vətəndaşların dini etiqad azadlığının təmin olunması, o cümlədən milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti barədə müzakirələr aparılacaq.