Martın 4-də Mingəçevirdə şəhərində “Ramazan ayının mənəvi və ictimai əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Əlisa Fərəcov, mədəniyyət işçiləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Ramazan ayı cəmiyyətimizdə milli-mənəvi dəyərlərin təbliği, qarşılıqlı hörmət və həmrəyliyin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ay insanlarda xeyirxahlıq, sosial məsuliyyət və yardımlaşma kimi müsbət keyfiyyətlərin daha da güclənməsinə təkan verir. O da diqqətə çatdırılıb ki, Ramazan dövründə keçirilən maarifləndirici tədbirlər və ictimai təşəbbüslər cəmiyyətdə birlik və tolerantlıq mühitinin inkişafına xidmət edir.