Yanvarın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsinin Mingəçevir Gənclər Evi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, təşkilatçı qurumların nümayəndələri, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, dini siyasiləşdirərək ondan alət kimi istifadə edən bəzi radikal qüvvələr öz məqsədləri naminə bir çox ölkələrdə daxili münaqişələr yaradırlar. O da vurğulanıb ki, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi yolverilməzdir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.