“Milli dövlətçiliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda seminar keçirilib
15 dekabr 2021, 09:22

Dekabrın  15-də Qəbələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda seminar  keçirilib. Tədbirdə  DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov  və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, mənəvi dəyərlərimiz bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərib, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayıb. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzimizdə, maddi və mənəvi mədəniyyətimizin bütün sahələrində istiqamətləndirici məfkurəmizdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.