“Mərhəmət zorakılıqdan həmişə güclüdür!” adlı məlumat kitabçası nəşr olunub
07 fevral 2025, 04:54
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.3. bəndinə əsasən “Mərhəmət zorakılıqdan həmişə güclüdür!” adlı məlumat kitabçası nəşr olunmuşdur.
Məlumat kitabçasında məişət zorakılığı barədə ətraflı məlumat verilərək, emosional, fiziki, ideoloji və mənəvi zorakılıq, erkən nikah, eləcə də məişət zorakılığının qarşısının alınmasında əxlaqi-dini dəyərlərin rolu kimi mövzulara toxunulub.
Eyni zamanda, məişət zorakılığından çıxış yolları, yardım mərkəzləri və sığınacaqlar barədə məlumatlar da kitabçada əks olunmuşdur.