Mərdəkanda "Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və fəsadları" mövzusunda tədbir keçirilib
18 fevral 2025, 06:05

Fevralın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi “Heydər Cümə” məscidində “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Çərkəz Tanrıverdiyev, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Rəşadət Hidayətov, Şirvan Süleymanov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda radikalizmin mahiyyəti haqqında danışılıb, onun yaratdığı fəsadlar və gələcək təhlükələri qeyd edilib. Bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi digər qurumlarla  birgə xurafat, dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslam dəyərlərinin dirçəldilməsi məqsədilə dini maarifləndirmə istiqamətində respublikanın bütün bölgələrində kompleks tədbirlər keçirir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.