Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi və Biləsuvar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Mənəvi dəyərlərimiz: Sülh və humanizmə baxış" mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə təşkilatçı qurumların əməkdaşları və gənclər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev çıxış edərək bildirib ki, mənəvi dəyərlər hər bir xalqın həyata baxışının, düşüncə tərzinin təcəssümüdür. Bu gün bu dəyərləri unudan, öz həyatında başqalarını yamsılayan, bir növ manqurtlaşan bütöv millətlər, xalqlar da vardır. Lakin ana yurdumuz, sevimli Vətənimiz Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyur, yaşadır.
Çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev vətənpərvərlik, Azərbaycançılıq mövzularına toxunub.
Digər natiqlər də öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.