Məhkumlar üçün növbəti seminar-treninqlər keçirilib
15 may 2023, 02:02
Ədliyyə Nazirliyi Penitensiar Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) arasında 2023-cü il üçün təsdiq edilmiş birgə Tədbirlər Planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Komitəsi əməkdaşlarının məhkumlarla növbəti görüşləri mayın 11-də 7 və 11 saylı cəzaçəkmə müəssisələrində keçirilib. “Heydər Əliyev ili və İslam həmrəyliyi” mövzusunda keçirilmiş görüşlərdə Penitensiar Xidmətin nümayəndələri, DQİDK-nın məsul əməkdaşı Vüqar Hümbətov və Əjdərbəy məscidinin imamı Azər Nafıyev iştirak ediblər.
Seminar-treninqlərdə məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.