Martın 11-də Sabunçu Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin təşkilatçılığı ilə Maştağa Mədəniyyət Mərkəzində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Ədalət Teymurov, Bakı regional bölməsinin əməkdaşları - Rəşadət Hidayətov və Nuru İmanov, təhsil, səhiyyə və mədəniyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Diqqətə çatdırılıb ki, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub, eyni zamanda bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümüdür.
Tədbir müzakirələrlə davam etdirilib.