Noyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə “Uşaqların mənəvi inkişafı : nəyi necə etməli” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, muzeyin direktoru Əntiqə Tağıyeva, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Masallı filialının rəhbəri Nahid Rəhimov, Vətən müharibəsi iştirakçıları, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb. Vurğulanıb ki, Vətən Müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıqlar yeniyetmə nəslimizin tərbiyəsində böyük rol oynayır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.