Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə Masallı rayonunda “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda təlim keçirilib.
Təlimdə DQİDK-nın məsul əməkdaşları Elvin Hüseynli, Samir Yoldaşov, Ramil Hikmət, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, regionun din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolundan bəhs edilib. Bildirilib ki, dini icmaların vəzifələri və dini qurumların fəaliyyətində maliyyə şəffaflığının təmin edilməsi məqsədilə regionlarda din xadimlərinin iştirakı ilə mütəmadi belə tədbirlər həyata keçirilir.
Sonda iştirakçıların sualları cavablandırılıb.