Masallıda "Sülh aylığı" maarifləndirmə tədbiri keçirilib
26 avqust 2026, 14:30

Avqustun 25-də Masallı rayonunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran-Astara regional bölməsi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin müdir müavini Pərvin İmanov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Azərbaycanda tolerantlığın möhkəm əsasları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri mövcuddur. Ölkəmizdə multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Diqqətə çatdırılıb ki, ölkəmizdə tarixən tolerant cəmiyyətin formalaşması burada yaşayan azsaylı xalqların və etnik qrupların öz milli-mədəni kimliklərini, adət-ənənələrini və mənəvi dəyərlərini qoruyub saxlamaları üçün əlverişli mühit yaradıb.