Oktyabrın 8-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsi və Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə rayon Gənclər evində “Müasir Azərbaycan gəncləri və milli-mənəvi dəyərlərə münasibət” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin baş məsləhətçisi Cavidan Rəşidov, Regional Gənclər və İdman idarəsinin sektor müdiri Sabiq Cahangirov, Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov və Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər.
Çıxışlarda gənclərin milli-mənəvi dəyərlərə bağlılığının önəmi, bu dəyərlərin qorunması və inkişafında gənclərin fəal iştirakının vacibliyi vurğulanıb. Natiqlər müasir dövrdə milli kimliyin gücləndirilməsi üçün ənənəvi dəyərlərin və dinin rolunu qeyd edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətindən danışıblar. Eyni zamanda, milli-mənəvi dəyərlərin gənclər arasında təbliği üçün dövlət tərəfindən müxtəlif layihələrin həyata keçirildiyi bildirilib.