Avqustun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi və Masallı rayon Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliği radikalizmə qarşı mübarizə vasitəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin baş məsləhətçisi Cavidan Rəşidov, muzeyin direktoru vəzifəsini icra edən Dilguşə Məmmədova, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə səlahiyyətli nümayəndəsi Məftun Hüseynov, həmçinin din xadimləri, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışçılar milli-mənəvi dəyərlərin qorunmasının və gənc nəslə ötürülməsinin əhəmiyyətini vurğulayıblar. Dini radikalizmin cəmiyyətə yaratdığı təhdidlərdən bəhs ediblər. Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsinin məqsədi gənclər arasında dini maarifləndirməni artırmaq və sağlam dini düşüncənin formalaşmasına dəstək verməkdir.