Masallıda "Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti" mövzusunda tədbir keçirilib
11 oktyabr 2021, 07:53

Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbində pandemiya qaydalarını gözləməklə "Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti" mövzusunda seminar keçirilib. “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün” Fəaliyyət Planına uyğun olaraq keçirilən tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov və Süleyman Abıyev, Sakit Tağıyev adına 4 saylı tam orta məktəbin direktor müavini Rahib Məmmədov, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsi, eləcə də gənclərin məlumatlandırılması olduqca vacibdir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.