Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Masallı rayonunda pandemiya qaydalarını gözləməklə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Əlhəddin Nəzərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” haqqında məlumat verilib. Məişət zorakılığının qarşısının alınması sahəsində maarifləndirmə işlərinin əhəmiyyəti qeyd edilib. Çıxışlarda məişət zorakılığına qarşı mübarizənin cəmiyyətin hər bir üzvünün ümdə vəzifəsi olması da önə çəkilib.