Masallıda maarifləndirmə tədbiri keçirilib
20 sentyabr 2024, 08:35

Sentyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsinin təşkilatçılığı ilə Masallı Rayonu “Gənclər Evi”ndə “Dayanıqlı sülh insan hüquqlarının inkişafına xidmət edir”  mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin müdiri vəzifəsini icra edən Elvin Hüseynli,  Lənkaran-Astara Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Sabiq Cahangirov, Ombudsmanın Cənub Regional Mərkəzinin direktoru Ziya İsmayılov, Gənclər Evinin direktoru Fuad Mənsimov, Masallı Dövlət Regional Kollecinin müəllimləri, tələbələr, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki,  Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Vurğulanıb ki, müasir dövrdə ən aktual və əhəmiyyətli məsələlərdən biri də insanların hüquq və azadlıqlarının etibarlı müdafiəsidir. 

Tədbir müzakirələrlə davam edib.