Masallıda maarifləndirmə tədbiri keçirilib
29 iyun 2022, 09:03

İyunun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığı və erkən nikaha qarşı mübarizədə təhsilin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilb.

Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində təşkil edilən tədbirdə  DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda məişət zorakılığı və erkən nikaha qarşı mübarizədə təhsilin rolundan bəhs olunub. Bu istiqamətdə görülən tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib. O da vurğulanıb ki, bu kimi problemlərin qarşısının alınmasında ən gözəl vasitə  elmli və savadlı cəmiyyətin olmasıdır.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.