Masallıda “İnsan alverinə qarşı mübarizədə ailə dəyərlərinin rolu” mövzusu müzakirə olunub
05 dekabr 2025, 15:01

Dekabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Masallı rayonu Tarix Diyarşünaslıq Muzeyi və Omudsmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə N.Həsənov adına Gəyəçöl kənd tam orta məktəbində “İnsan alverinə qarşı mübarizədə ailə dəyərlərinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin müdiri Elvin Hüseynli, muzeyin direktoru Əntiqə Tağıyeva, Omudsmanın Cənub Regional Mərkəzinin direktoru Ziya İsmaylov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda insan alverinə qarşı mübarizədə ailə dəyərlərinin rolundan bəhs olunub. Diqqətə çatdırılıb ki, ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb.