Masallıda “Dini radikalizm, narkomaniya və erkən nikaha yox deyək” mövzusu müzakirə edilib
30 noyabr 2021, 07:38

Noyabrın 30-da  Masallı rayonu Cəlal Kazımov adına Qodman kənd tam orta məktəbində “Dini radikalizm, narkomaniya və erkən nikaha yox deyək” mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə təşkilatçı qurumların nümayəndələri–Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin  müdiri Bəxtim Qarayev, Təhsil Şöbəsinin əməkdaşı Qoşqar Hətəmov, məktəbin direktoru Ramiz Nuriyev, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda dini radikalizm, narkomaniya və erkən nikahın fəsadlarından bəhs olunub. O da bildirilib ki, hazırda ölkəmizdə dini radikalizm meylləri xeyli azalıb.

Tədbirin sonunda mövzu ilə bağlı video-çarx nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.