Dekabrın 23-də Masallı rayonunda “Dini radikalizm, narkomaniya və erkən nikaha qarşı mübarizədə təhsilin rolu” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, Rayon Polis Şöbəsi rəisinin köməkçisi İftixar Talıbov, Təhsil Şöbəsinin əməkdaşı Əyyar Burhanov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs edilib. Dini radikalizmin, narkomaniya və erkən nikahın fəsadlarından söhbət açılıb. Gənclərimizin həm milli-mənəvi, həm də dini dəyərlər ruhunda tərbiyə olunmasının əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.