Martın 16-da Rafiq Əlihəsənov adına Masallı şəhəri bir saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Polis (RPŞ) və Təhsil Şöbələrinin birgə təşkilatçılığı ilə "Dini fanatizm, radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Masallı RİH başçısının müavini Aybəniz Qafarova, Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, Rayon Təhsil Şöbəsinin müdiri Taryel Əkbərov, Rafiq Əlihəsənov adına Masallı şəhəri 1 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda ölkəmizdə hökm sürən ictimai-siyasi və dini sabitlikdən bəhs olunub. Dini fanatizm, radikalizm və ekstremizmə qarşı mübarizə, o cümlədən dini amillərdən istifadə edərək radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə gənc nəslin rolu vurğulanıb. Bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.