Masallı, Saatlı, Göyçay və Zərdabda maarifləndirmə tədbirləri keçirilib
10 iyun 2026, 16:19

 

İyunun 9-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektoru və Masallı Gənclər Evi Sosial Xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Masallıda “Gənclərin sosial mediada təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat” mövzusunda tədbir keçirilib. Tədbirdə müəllimlər və tələbələr iştirak ediblər.

İyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Tarixi kontekstdə Aşura mərasimləri və mənəvi mahiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin müdiri Elvin Hüseynli, RİH başçısının müavini Mehriban Ağayeva, Rayon Polis Şöbəsinin əməkdaşı Sadiq Həsənov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

İyunun 10-da Göyçay şəhəri “Əbülfəzlil Abbas” məscidində “Aşura mərasimləri: mənəvi dəyərlər və hüquqi məsuliyyət” mövzusunda təşkil olunub. Tədbirə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Əzim Rəfiyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Qaraş İsmayılov, RPŞ-nin rəis müavini Abbas Paşa, din xadimləri və icma sədrləri qatılıblar.

İyunun 10-da Zərdabda “Tarixi kontekstdə Aşura mərasimləri və mənəvi mahiyyəti” mövzusunda tədbir baş tutub. Tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Sədi Hüseynov, Zərdab RİH başçısının birinci müavini Ramo Hacıyev, hüquq mühafizə orqanlarının əməkdaşları, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda vurğulayıb ki, milli-mənəvi dəyərlərin qorunması, tolerant, multikultural ənənələrin təbliği və təşviqi Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində gördüyü işlərin əsas istiqamətlərini təşkil edir. Eyni zamanda, Məhərrəm ayında keçirilən dini mərasimlər zamanı qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi vurğulanıb.Dini mərasimlərin sağlam dini dəyərlər, ictimai məsuliyyət və qanunvericiliyin tələbləri əsasında təşkili cəmiyyətdə sabitliyin və qarşılıqlı hörmət mühitinin möhkəmlənməsinə xidmət edir.

Tədbirlər müzakirələrlə davam edib.