Lerikdə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib
23 dekabr 2022, 08:20

Dekabrın 22-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib.

Lerik şəhəri 1 saylı texniki fənlər təmayüllü liseydə baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Ağaəli Həsənov, Lerik RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Rəhimov, Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, liseyin direktoru Gültəkin Şıxəliyeva və şagirdlər  iştirak edib.

Çıxışlar zamanı uşaqların milli-mənəvi dəyərlərimiz və vətənpərvərlik ruhunda yetişmələrinin əhəmiyyəti qeyd edilib. Onların zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi vurğulanaraq bu istiqamətdə dövlətin həyata keçirdiyi  tədbirlərdən danışılıb.