Lerikdə “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusunda tədbir keçirilib
13 sentyabr 2024, 01:41

                                                                                                                     

Sentyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Lerik Rayon İcra Hakimiyyəti və Ombudsmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusunda tədbir keçirilib.

Lerik şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin müdiri vəzifəsini icra edən Qağayı Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, dini icma sədrləri, din xadimləri  və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə mövcud olan sülh mədəniyyəti və nümunəvi birgəyaşayış mühiti barəsində ətraflı məlumat verilib. Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində birgəyaşadığı diqqətə çatdırılaraq formalaşmaqda olan yeniyetmə və gənclərin azərbaycançılıq, zəngin milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmasının əhəmiyyəti vurğulanıb. Vətən müharibəsindəki qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu diqqətə çatdırılıb.

Tədbir müzakirələrlə davam etdirilib.