Avqustun 13-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Sosial mediada dini radikalizmin yayılmasına qarşı mübarizə metodları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşı Səyyad Babakişiyev, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ülvi Musayev, dini icma sədrləri, din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı radikal dini cərəyanların mahiyyəti, psixoloji təsir üsulları və sosial mediada dini radikalizmin yayılmasına qarşı mübarizə metodları barədə məlumat verilib. Yad dini ideologiyalardan qorunmanın vacibliyi qeyd edilərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.