Lerikdə maarifləndirmə tədbiri keçirilib
22 aprel 2022, 08:36

Aprelin 22-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.  

Lerik rayonu N.Muradov adına Günəşli kənd tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, məktəbin direktoru Cahid Hüseynov, müəllimlər və şagirdlər  iştirak edib.

Çıxışlar zamanı məktəblilərə mövzu ilə bağlı məlumat verilib. Onların yad dini ideologiyalardan qorunmasının vacibliyi qeyd edilib. Xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin zəruriliyi diqqətə çatdırılıb.