Regionlarda maariflədirmə tədbirləri davam etdirilir.
İyunun 7-də Sabirabad rayon Heydər Əliyev Mərkəzində "İnsan hüquqları aylığı" çərçivəsində “Dini etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cəfərsadiq Cəfərli, Elvin İbrahimov, aidiyyəti qurumların təmsilçiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
***
İyunun 7-də Goranboy rayon Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbində "Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər" mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, müəllimlər və məktəblilər iştirak ediblər.
***
İyunun 7-də Lerik rayonunun Vistən kənd tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Şahbazov, müvafiq qurumların əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda dini radikalizmlə mübarizə istiqamətində görülən işlərdən bəhs olunub. Eyni zamanda təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.