Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran şəhərindəki “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə hərbi hissədə “Dinin siyasiləşdirilməsinin milli maraqlara və mənəvi dəyərlərə təsiri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdir müavini Anar Kərimov, şöbənin əməkdaşları, DSX-nin “N” saylı hərbi hissəsinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.
Çıxışlar zamanı dinin siyasiləşdirilməsi, dindən istifadə cəhdləri, dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.