Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə M.Cəbrayılov adına Şovu kənd tam orta məktəbində "Uşaq və yeniyetmələr arasında milli-mənəvi dəyərlərimizin təbliği" mövzusunda tədbir keçirilib.
Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, məktəbin direktoru Könül Bayramova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə uşaqların hərtərəfli inkişafı və keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığı vurğulanıb. Onların milli-mənəvi dəyərlərimiz və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib. Natiqlər, yeniyetmə və gənclərin zərərli vərdişlər, dini radikalizmin təsirləri və erkən nikahlardan qorunmasının vacibliyinə diqqət çəkiblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.